Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Kökəlmək istəyən şəxslər üçün ilk növbədə sağlam qidalar tövsiyə olunur.
Bunlara quş əti, balıq, yağsız qırmızı ət, bol meyvə-tərəvəz və dənli-taxıllı bitkilər daxildir.
Bu qidalar sağlam şəkildə çəki artımı üçün əsas formulu təşkil edir".
Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı qrup diet proqramlarının sağlamlığa təsiri haqqında qastroenteroloq Emin Məmmədov vurğuladı.
Onun sözlərinə görə, nadir hallarda da olsa, həqiqətən çox arıq olub kökəlmək istəyən insanlar olur və bu istək başadüşüləndir.
"Lakin bu halda mütləq şəkildə endokrinoloq və dietoloq məsləhəti alınmalıdır.
Əsas məqsəd insanın kökəlməsinə mane olan səbəbi müəyyənləşdirməkdir.