Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 9 noyabr, AZƏRTAC
Azərbaycan Bayrağı xalqımızın müstəqillik iradəsinin, milli kimliyinin və dövlətçilik ənənələrinin rəmzidir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi üçrəngli bayraq müstəqil dövlətçiliyimizin əsas simvoluna çevrilib. 70 illik əsarətdən sonra üçrəngli Azərbaycan Bayrağının yenidən xalqımızın azadlıq, müstəqillik mübarizəsinin rəmzinə çevrilməsinin müəllifi Ulu Öndər Heydər Əliyev, məkanı isə Naxçıvan olub. Bu gün həmin bayraq Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında qürurla dalğalanır. Dövlət Bayrağı Muzeyi isə keçmişimizdən bugünümüzə uzanan dövlətçilik tariximizi yaşadaraq milli qürurumuzu və gələcək nəsillərə əmanətimizi bir araya gətirir.
Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videoreportajda izləyə bilərsiniz.