Kolambus Kryu uduzdu, Nəriman debüt edə bilmədi

15.03.2026

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Nəriman Axundzadənin yeni klubu "Kolambus Kryu" növbəti oyuna çıxıb.

"Football-plus.az" xəbər verir ki, MLS-də "Neşvill"ə qarşı keçirilən 4-cü turun səfər oyunu rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Martın 9-da komandaya qoşulan Nəriman bu matçın iştirak ərizəsində yer alsa da, sona qədər ehtiyatda qalıb.
Hazırda "Neşvill" 10 xalla 2-ci, "Kolambus Kryu" isə 2 xalla 13-cü pillədə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью