Kolaşinats uzun müddət oynamayacaq

14.04.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

“Atalanta” İtaliya A Seriyasının 32-ci turunun “Bolonya” ilə oyununda ciddi itki ilə üzləşib.

QOL.az xəbər verir ki, komandanın mərkəz müdafiəçisi Sead Kolaşinats zədə alıb.

31 yaşlı bosniyalı futbolçunun dizində ön çarpaz bağın yırtılması və xarici menisküsün radial yırtığı aşkar edilib. Onun ən azı 5-6 ay meydana çıxa bilməyəcəyi gözlənilir.

Qeyd edək ki, Kolasinats bu mövsüm “Atalanta”nın heyətində 34 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью