Kolbasa nə qədər tez tez yeyilə bilər ki, sağlamlığa zərər verməsin? | Icma.az
Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Kolbasa və sosiska bir çox ailənin süfrəsində yer alsa da, bu məhsulların tez-tez istifadəsi sağlamlıq üçün risk yarada bilər.
Mütəxəssislər bildirirlər ki, kolbasa gündəlik qida kimi qəbul edilməməlidir.
AzPost NTV kanalına istinadla xəbər verir ki, həkim-diyetoloq Lidiya İonovanın sözlərinə görə, kolbasa və oxşar məhsulları həftədə bir dəfə və ya iki həftədə bir dəfə yemək sağlamlığa ciddi təsir göstərmir.
Onun fikrincə, kolbasa tam təhlükəsiz qida hesab edilə bilməz, çünki bu məhsullar emal olunmuş qidalar qrupuna daxildir.
Hər gün kolbasa yemək isə zamanla ürək-damar xəstəlikləri, artıq çəki və maddələr mübadiləsi problemlərinə yol aça bilər.
Bu risklər yalnız kolbasa ilə məhdudlaşmır, sosiska və sərdəllər də eyni təhlükəni daşıyır.
Mütəxəssis qeyd edir ki, ən sağlam seçim ev şəraitində bişirilmiş təbii ətdir.
Tam oxu
Xəbəri oxu