Kolbasalarda antibiotik tapılıb...

02.04.2025

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

…Araşdırmanın nəticələri artıq Rosselxoznadzorun ərazi idarəsinə verilib.

Deməli, Rusiyanın Altay diyarında "Ümumrusiya Heyvan Sağlamlığı Elmi-Tədqiqat İnstitutu" Federal Dövlət Büdcə Qurumunun Altay Test Laboratoriyasının mütəxəssisləri hazır ət məhsullarının üç partiyasının təhlilini apardılar.

SİA-nın məlumatına görə, qurumun saytında yerləşdirilən məlumata görə, nümunələrdə normadan kənara çıxma aşkar edilib.

O cümlədən, bişmiş “Doktor” kolbasa, “Moloçnıye” və “Qovyajye” kolbasalarında sınaq zamanı laboratoriya mütəxəssisləri dinitrokarbanilidlərin müəyyən olunmuş həddən artıq artdığını qeyd ediblər.

Bu araşdırma martın 21-dən 27-dək aparılıb və əldə edilən məlumatlar Rosselxoznadzorun regional idarəsinə göndərilib. Aşkar edilmiş uyğunsuzluqlar ictimai sağlamlıq üçün potensial təhlükə yarada bilər.

Nazlı Almuradova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью