Kolera epidemiyası sürətlə yayılır

31.10.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Son üç ayda Cənubi Afrika ölkəsi Zambiyada baş verən kolera epidemiyasının 30 nəfərin ölümünə səbəb olduğu bildirilir. 

"Cebheinfo.az" xəbər verir ki, Zambiyanın səhiyyə naziri Roma Çilengi parlament çıxışında 28 iyul - 28 oktyabr tarixləri arasında ölkədə 1 622 kolera hadisəsinin qeydə alındığını və 30 nəfərin bu epidemiya nəticəsində həyatını itirdiyini bildirib.

O bildirib ki, 228 hal laboratoriya müayinələri ilə təsdiqlənib və ölənlərdən 16-sı səhiyyə müəssisələrinə çatmayıb, 14-ü isə müalicə aldıqları səhiyyə müəssisələrində ölüb. Nazir qeyd edib ki, epidemiya 6 əyalətdə 20 rayona yayılıb və ən çox yoluxma halı - 1090 hal paytaxt Lusakanın yerləşdiyi əyalətdə qeydə alınıb.

Çilengi son 24 saat ərzində 74 yeni yoluxma halının aşkarlandığını bildirib və əlavə edib ki, epidemiyanın başlanğıcından bəri 1488 xəstə sağalıb, 104 nəfər isə hələ də müalicə alır. Zambiya Səhiyyə Nazirliyi 30 sentyabrda kolera epidemiyası elan edib. "Vibrio" bakteriyasının yaratdığı və qida və su ilə ötürülən kolera ishala və nəticədə susuzluğa səbəb olur. Müalicə olunmazsa, xəstəlik ölümcül ola bilər.

Nigar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью