Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hökumət komissiyası Rusiya Mərkəzi Bankını vergi ödəmədən başqalarından kart vasitəsilə gəlir əldə edən şəxslərin məlumatlarını Federal Vergi Xidmətinə (FNS) ötürməyə məcbur edən qanun layihəsini təsdiqləyib.
"Cebheinfo.az" xəbər verir ki, "RİA Novosti"-nin mənbəsinə görə, layihə qanuniləşərsə, vergi ormanları bu şəxslərin digər banklardakı hesab çıxarışlarını hər hansı bir yoxlama başlatmadan birbaşa tələb edə biləcək.
Məqsəd hesab sahiblərinin müəyyənləşdirilməsini gücləndirmək və qeyri-leqal elektron gəlirləri nəzarət altına almaqdır. Layihə çərçivəsində FNS Mərkəzi Banka aşağıdakı məlumatları ötürəcək: fərdi sahibkar olmayan şəxslərin hesab və depozit açma-bağlama məlumatları, habelə elektron ödəniş vasitələrinə çıxış hüququnun qazanılması və ya itirilməsinə dair informasiyalar.
Müştəri eyniləşdirilməsində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) məcburi hala gətiriləcək; sadələşdirilmiş sistemdə isə sosial sığorta nömrəsi, tibbi sığorta polisi və sürücülük vəsiqəsi də şəxsiyyəti təsdiq edən sənəd kimi qəbul ediləcək.
Tənzimləmə iqtisadiyyatın leqallaşdırılması planı çərçivəsində FNS ilə Mərkəzi Bank arasındakı məlumat mübadiləsini genişləndirir.
Vergi məcəlləsinə əlavə olaraq, vergi orqanları və “çirkli pullar”ın yuyulmasına qarşı mübarizə haqqında qanunlarda da dəyişiklik edilməsi nəzərdə tutulur.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin