Kolizeyə toplu şəkildə alınan biletlərə görə turoperatorlar 20 milyon avroyadək cərimələnib

08.04.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Roma, 8 aprel, AZƏRTAC

İtaliyanın antiinhisar orqanı paytaxt Romanın simvolu sayılan və əsas turistik yerlərindən biri olan Kolizeyi ziyarət etmək üçün toplu şəkildə alınan biletlərə görə turoperatorları ümumilikdə 20 milyon avroyadək cərimələyib.

AZƏRTAC xəbər verir ki, cərimələr Kolizey Arxeoloji Parkında 1997-ci ildən 2024-cü ilədək rəsmi bilet satışı xidmətini həyata keçirən 6 turoperatora şamil olunub.

Məlumata görə, cərimələrin tətbiq olunmasına səbəb botlar və digər avtomatlaşdırılmış alətlər vasitəsilə yığılma nəticəsində əraziyə daxil olmaq üçün biletlərin uzun müddət əlçatan olmamasıdır. Təhqiqat 2023-cü ilin iyulunda Kolizey Arxeoloji Parkına giriş üçün onlayn biletlərin alınmasının əhəmiyyətli dərəcədə qeyri-mümkünlüyünü göstərən müxtəlif məlumatlar toplandıqdan sonra başladılıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью