Kollec direktoru rüşvətə görə döyülüb? AÇIQLAMA / VİDEO

20.03.2025

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Martın 18-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov döyülüb.

Globalinfo.az xəbər verir ki, döyülən direktor Şəhriyar Laçınov Xəzər TV-yə bildirib ki, hadisə səhər saatlarında kollecdə baş verib:

“Kollecin baş mühasibi mənə hücum edərək güc tətbiq etməyə çalışıb. Məsələ ilə bağlı aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət etmişik. Hazırda araşdırma aparılır. Qeyd olunan digər məsələlər isə əsassızdır”, – deyə o bildirib.

Ətraflı süjetdə:

 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью