Kollecdə şok dava: direktor niyə döyülüb? VİDEO

20.03.2025

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

Martın 18-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov döyülüb.

Döyülən direktor Şəhriyar Laçınov Xəzər TV-yə bildirib ki, hadisə səhər saatlarında kollecdə baş verib.

"Kollecin baş mühasibi mənə hücum edərək güc tətbiq etməyə çalışıb. Məsələ ilə bağlı aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət etmişik. Hazırda araşdırma aparılır. Qeyd olunan digər məsələlər isə əsassızdır", - deyə o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью