Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Abituriyent" jurnalının 11-ci nömrəsi nəşr olunub.
Bu barədə “Cebheinfo.az”-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
"Abituriyent" jurnalının 11-ci nömrəsində 2025-2026-cı tədris ilində tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı öz əksini tapıb.
Qeyd edək ki, 11 illik təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul olmaq üçün ixtisas seçimi sentyabrın 24-dən 28-dək həyata keçiriləcək.
Nigar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin