Kolleclərə ixtisas seçiminin nəticələri bu gün açıqlanacaq? RƏSMİ

11.08.2026

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

9 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi 3-9 avqust tarixlərində keçirilib.

İxtisas seçimində iştirak edən namizədləri nəticələrin nə zaman açıqlanacağı maraqlandırır.

Redaktor.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) azedu.az-a verilən məlumata görə, ixtisas seçimi başa çatdıqdan sonra qəbulun nəticələri 2-3 gün ərzində elan olunur.
Qeyd edək ki, bu il qeydiyyatdan keçən və müsabiqə şərtlərini ödəyən 24 545 abituriyent ixtisas seçiminə buraxılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью