Kolleclərə qəbul dayandırılır Universitetlərə birləşdirilir

20.11.2026

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda 9-cu sinifdən sonra kolleclərə qəbulun məhdudlaşdırılması, 11-ci sinifdən sonra isə qəbulun davam etdirilməsi nəzərdə tutulur.

Bunu Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman 2026/2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinə həsr olunan tədbirdə bildirib.

Onun sözlərinə görə, gələcəkdə 9-cu sinif bazasından qəbulun yalnız peşə təhsili müəssisələrində aparılması planlaşdırılır. Kolleclərin isə 2030-cu ilədək müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilməsi və onlarla birgə fəaliyyət göstərməsi nəzərdə tutulur.

Şöbə müdiri bildirib ki, kolleclərdə tədris olunan bəzi ixtisasların yüksək texniki peşə təhsili səviyyəsində tədrisi imkanları da nəzərdən keçirilib. Kolleclərlə peşə təhsili müəssisələrində təkrarlanan ixtisasların aradan qaldırılması istiqamətində addımlar atılıb. Bu sahədə dəyişikliklərin 2027–2030-cu illərdə edilməsi gözlənilir. / Modern.az/

AzPost.az

Post navigation

Previous: Yer kürəsinin nəhəng sirri – Milyard illik dövr hara yoxa çıxıb?

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью