Icma.az, Marja.az saytına istinadən bildirir.
Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin 10 sentyabr 2026-cı il tarixli qərarı ilə “KollektA” ASC-nin səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə icazə” qərarı verilib.
Marja.az xəbər verir ki, səhmlərin abunə yazılışı 14 sentyabr 2026-cı il tarixində başlayacaq və 18 sentyabr 2026-cı il tarixində başa çatacaq. Abunə müddəti 5 iş günü təşkil edəcək.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qiymətli kağızların yerləşdirilməsi isə 21 sentyabr 2026-cı il tarixində keçiriləcək.
Emissiya çərçivəsində ümumilikdə 500 ədəd sənədsiz adlı adi səhm təklif olunur.
Bir səhmin ilkin ticarət qiyməti 410 manat müəyyən edilib. Buraxılışın ümumi həcmi 205 min manat təşkil edir.
Səhmlərin ticarət üsulu kütləvi yerləşdirmə və abunə yazılışı formasında olacaq.
Emissiyanın dövlət qeydiyyat nömrəsi AZ1001028674-dür.
Anderrayter qismində “Troni İnvestisiya Şirkəti” QSC çıxış edəcək.
Səhmlərin ticarətə buraxılma tarixi 21 sentyabr 2026-cı il müəyyənləşdirilib.