Marja.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“KollektA” ASC-nin 2 milyon manat həcmində istiqrazları Bakı Fond Birjasında (BFB) ticarətə buraxılacaq.
16 sentyabr 2026-cı il tarixində BFB-nin Listinq Komitəsinin qərarı ilə “KollektA” ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
Qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 18 sentyabr 2026-cı il tarixində keçiriləcək.
Emissiya çərçivəsində hər birinin ilkin ticarət qiyməti 100 manat olan 20 min ədəd istiqraz təklif ediləcək. Beləliklə, istiqraz buraxılışının ümumi həcmi 2 milyon manat təşkil edir.
İstiqrazlar üzrə illik gəlirlilik faizi 16% müəyyən edilib. Faiz ödənişləri hər ay bir dəfə, hər ayın 30 gün olduğu qəbul edilməklə həyata keçiriləcək.
İstiqrazların tədavül müddəti 18 aydır.
Qiymətli kağızlar faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqrazlardır. Yerləşdirmə BFB-də kütləvi və birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.
İstiqrazların dövlət qeydiyyat nömrəsi (ISIN) AZ2001028672-dir.
Buraxılışın anderrayteri “Troni İnvestisiya Şirkəti” QSC-dir.