Köln tarixinin ən bahalı satışına hazırlaşır

05.06.2026

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Almaniyanın "Köln" klubu tarixinin ən böyük transfer gəlirini əldə etməyə yaxındır. Sport24.az "BİLD"ə istinadən xəbər verir ki, İngiltərənin "Brentford" klubu 19 yaşlı hücumçu Said El Mala üçün 50 milyon avroluq təklif göndərib.
Mənbənin məlumatına görə, tərəflər arasında danışıqlar son mərhələyə çatıb. Hazırda transferin rəsmiləşməsi üçün müəyyən prosedurlar və son təsdiqlər gözlənilir.
Transfer baş tutacağı təqdirdə, bu satış "Köln" tarixinin ən bahalı transferi kimi klubun rekorduna düşəcək.
Qeyd edək ki, Said El Mala Almaniyanın ən perspektivli gənc futbolçularından biri hesab olunur və onun xidmətində bir neçə Avropa klubu maraqlıdır. Lakin hazırda transfer yarışında ən ciddi addımı məhz "Brentford" atıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью