KoloMuani Yuventusa keçir

15.01.2025

Operativ MM portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

PSJ-nin hücumçusu Randal Kolo-Muani "Yuventus"a keçir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.

Qeyd edilib ki, futbolçu İtaliya klubuna icarə əsasında keçəcək.

Forvard tezliklə tibbi müayinədən keçmək üçün Turinə uçacaq.

Randal Kolo-Muaninin PSJ ilə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.

Bu mövsüm Luis Enrikenin komandasının heyətində bütün turnirlərdə 14 matçda iştirak edən futbolçu 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью