Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Futbol üzrə dünya çempionatında Kolumbiya Özbəkistanı məğlub edib.
BAKU.WS xəbər verir ki, Mexiko stadionunda keçirilən K qrupunun I turunun matçında Cənubi Amerika təmsilçisi rəqibini 3:1 hesabı ilə üstələyib.
Kolumbiyanın qollarını Daniel Munyos (40), Luis Dias (65) və Xaminton Kampas (90+9) vurublar. Özbəkistan yığmasında isə Abbosbek Fayzullayev (60) fərqlənən oyunçu olub.
Qeyd edək ki, bu qrupun Portuqaliya - Konqo Demokratik Respublikası oyunu 1:1 hesablı heç-heçə ilə başa çatıb.