Kolumbiya Netanyahunu ölkəyə səfər edəcəyi təqdirdə həbs edəcək

23.11.2024

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Kolumbiyanın təhlükəsizlik qüvvələri İsrailin Baş naziri Benyamin Netanyahunu ölkəyə səfər edəcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbs edəcək.

Bunu Kolumbiya Prezidenti Qustavo Petro "Əl-Cəzirə" telekanalına müsahibəsində bildirib.

Kolumbiya prezidenti əlavə edib ki, Fələstində və regionda baş verənlər təkcə müharibə deyil, əksinə, şimal ölkələrindən bütün cənuba təhdid mesajıdır. Onun sözlərinə görə, Boqota Qəzza münaqişəsi ilə bağlı mövqeyinə görə təzyiqlə üzləşib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью