Kolumbiya Prezidenti Donald Trampı ölkəsinə dəvət edib

04.02.2026

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kolumbiya Prezidenti Qustavo Petro ABŞ Prezidenti Donald Trampı Cənubi Amerika ölkəsinə səfərə dəvət edib.

Bizimyol.info xəbər verir ki, Petro bu barədə Vaşinqtonda Donald Trampla keçirdiyi danışıqlardan sonra təşkil olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Trampı Kolumbiyanın Kartexena şəhərinə dəvət edib: “Onu Kartexenaya çağırdım – bu, yaşamaq üçün möhtəşəm və çox gözəl bir şəhərdir”, - deyə o qeyd eedib.

Kolumbiya liderinin sözlərinə görə, görüş zamanı ABŞ prezidenti ona “Sən mənə xoş gəlirsən” deyib. Petro həmçinin “X” sosial şəbəkəsində paylaşım edərək bildirib ki, Donald Tramp ona özünün “Razılaşma sənəti” (“The Art of the Deal”, 1987) adlı kitabını hədiyyə edib və kitabı “Sən əla adamsan” sözləri ilə imzalayıb.

Xatırladaq ki, 2025-ci ilin oktyabrında ABŞ Maliyyə Nazirliyi Qustavo Petro, onun həyat yoldaşı və oğluna qarşı sanksiyaların tətbiq edilməsi barədə qərar qəbul etdiyini açıqlayıb. Həmin dövrdə Donald Tramp Kolumbiya və Meksikanın tamamilə narkokartellərin nəzarəti altına düşdüyünü iddia edirdi.

Öz növbəsində, Qustavo Petro "Univision" telekanalına müsahibəsində dünyanın ya Trampı dəyişməli, ya da “ondan xilas olmalı” olduğunu demişdi. Bu fikirlərə cavab olaraq Donald Tramp kolumbiyalı həmkarını “bandit və pis insan” adlandırmış, onu ifadələrinə diqqət yetirməyə çağırmış və əks halda “ciddi tədbirlər” görəcəyi ilə hədələmişdi.

Buna baxmayaraq, görüşdən sonra Donald Tramp Qustavo Petro ilə “yaxşı anlaşdıqlarını” bildirib və tərəflərin narkotik qaçaqmalçılığına qarşı mübarizədə əməkdaşlıq barədə razılığa gəldiklərini açıqlayıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью