Kolumbiya Prezidentinə qarşı sui qəsd hazırlanır?

19.02.2025

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Kolumbiya Prezidenti Qustavo Petro narkotik kartellərinin ona sui-qəsd hazırladığını iddia edib.

"Cebheinfo.az" xəbər verir ki, paytaxt Boqotadakı General Fransisko de Paula Santander Hərbi Akademiyasında danışan Petro, ölkədəki böyük mafiyalarla mübarizə apardıqları üçün hədəf alındıqlarını bildirib:

"Narkokartellər mənə sui-qəsd etməyi planlaşdırır. Təyyarəmə raket atmaq istəyirlər. Narkotik tacirlərinin alıb hardasa gizlətdiyi iki raket var. 

Onların kim olduğunu bilirik və buna görə də tədbir görməliyik".

Ötən il sui-qəsd cəhdinə məruz qaldığını bildirən Petro, "Kolumbiyadakı böyük mafiyaların axtarışında olduğumuzu bildikləri üçün məni tez devirmək istəyirlər. Bu qorxulu ola bilər" deyib.

Prezident Petro sui-qəsd iddiaları ilə bağlı təfərrüatları açıqlamayıb.

Xatırladaq ki, Petro 2022-ci il prezident seçkiləri kampaniyası zamanı verdiyi açıqlamada "La Kordilyer" adlı cinayətkar dəstənin ona sui-qəsd planlaşdırdığını bildirmişdi.

Nigar Hacılı 
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью