Kolumbiya Starlink ilə bağlı araşdırmaya başladı

23.11.2026

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kolumbiya hökuməti “Starlink Colombia” şirkətinə qarşı qanuni öhdəliklərini yerinə yetirmədiyi iddiası ilə inzibati araşdırma başladıb.

Turkustan.az xəbər verir ki, şirkət ölkədəki həbsxanalarda telekommunikasiya siqnallarının bloklanmasını təmin etməməkdə ittiham olunur.

Kolumbiyanın İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb.

Bəyanatda bildirilib ki, “Starlink Colombia” şirkətinə qarşı həbsxanalarda mobil rabitə siqnallarının bloklanması ilə bağlı qanuni öhdəliklərini yerinə yetirmədiyi iddiası əsasında rəsmi ittihamlar irəli sürülüb.

Araşdırmaya noyabrın əvvəlində Boqotanın cənubunda yerləşən La Pikota Həbsxanasında keçirilən əməliyyat səbəb olub.

Əməliyyat zamanı 3 754 SİM kart, 582 mobil telefon, 38 modem, 6 “Starlink” peyk antenası və digər elektron cihazlar da daxil olmaqla, çoxsaylı rabitə avadanlığı müsadirə edilib.

Aytən Yaşar/Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью