Kolumbiyada 25 nəfər supermarketdə girov götürülüb

24.11.2026

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Kolumbiyanın Kartaxena şəhərində supermarketdə 25 nəfər girov götürülüb.

Moderator.az "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə noyabrın 24-ü Kolumbiya Prezidenti Abelardo De La Esprielya bildirib. O, hadisə yerinə polis əməkdaşlarının və Silahlı Qüvvələrin bölmələrinin göndərildiyini qeyd edib.

Prezidentin sözlərinə görə, əvvəlcə 30 nəfər girov saxlanılıb. Onlardan beşini – yaşlı qadınları – azad etmək mümkün olub. Esprielya bildirib ki, bu şəxslər uğursuz qarət cəhdindən sonra supermarketdə gizlənən adi cinayətkarlardır.

Yerli medianın məlumatına görə, hadisə Kartaxenanın La-Kastelyana rayonunda "Exito" supermarketlər şəbəkəsinin filialında baş verib. Ərazi polis və hərbçilər tərəfindən mühasirəyə alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью