Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kolumbiya Prezidenti Qustavo Petro, hökumətin minimum əməkhaqqının 23,7 faiz artırılması ilə bağlı təklifinin Dövlət Şurası tərəfindən rədd edilməsindən sonra xalqı etiraz aksiyalarına səsləyib.
"Cebheinfo.az" xəbər verir ki, Petro, ölkənin ən yüksək inzibati məhkəməsi olan Dövlət Şurasının hökumətin 23,7 faizlik artım təklifini əngəlləməsinə kəskin reaksiya göstərib.
Prezidentin çağırışı ilə başda paytaxt Boqota olmaqla, bir çox böyük şəhərdə insanlar küçələrə axışıb.
Boqotada nümayişçilərin ana yolları bağlaması səbəbindən ictimai nəqliyyatın hərəkətində və trafikdə ciddi fasilələr yaranıb.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin