Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır. Kolumbiyanın cənubunda avtobusun uçurumdan aşması nəticəsində azı 13 nəfər ölüb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə nəqliyyat naziri Mariya Konstansa Qarsiya məlumat verib.
Səlahiyyətlilər 13 nəfərin öldüyünü, 18 nəfərin isə yaralandığını bildiriblər.
Avtobus Kali şəhərindən Ekvadorla sərhəddə yerləşən İpiales kəndinə gedirmiş.
İlkin məlumatlara görə, avtobus nasaz olub, nəticədə sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi hündürlükdən aşıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.