Kolumbiyada avtomobil partlayıb 21 nəfər yaralanıb

24.11.2026

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Kolumbiyanın Villavicencio şəhərində avtomobil partlayıb.

525.az RCN-ə istinadən xəbər verir ki, partlayış Meta regional hökumət binasının qarşısında baş verib. Nəticədə 5 təhlükəsizlik işçisi də daxil olmaqla 21 nəfər yaralanıb. Binaya və ətrafdakı tikililərə ciddi ziyan dəyib.

Kolumbiya Prezidenti Abelardo de la Espriella sosial media hesabında etdiyi paylaşımda hücumu pisləyib.

O bildirib ki, təhlükəsizlik qüvvələri hadisənin səbəbkarlarını məsuliyyətə cəlb etmək üçün bütün resurslarını səfərbər edəcək.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью