Kolumbiyada fövqəladə vəziyyət elan edilib

21.01.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kolumbiya prezidenti Qustavo Petro üsyançı Milli Azadlıq Ordusu ilə Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri arasında baş verən toqquşmalara görə ölkədə fövqəladə vəziyyət elan edib.

APA xəbər verir ki, dövlət başçısı bu barədə “X” hesabında məlumat verib.

“Ölkədə fövqəladə vəziyyət və iqtisadi fövqəladə vəziyyət elan edilib. Mən məhkəmə sisteminin dəstəyinə ümid edirəm”, - Prezident qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью