Kolumbiyada Fransa Xarici Legionunun kapralı oğurlanıb

01.09.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Paris, 1 sentyabr, AZƏRTAC

Keçmiş Kolumbiya İnqilabi Silahlı Qüvvələrinin (ex-FARC) dissident qruplarından olan “Estado Mayor Central” (EMC) avqustun 6-dan itkin düşən Fransa Xarici Legionunun kolumbiyalı kapralı Xose Olger Melo Çarrini oğurladığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, EMC-nin bildirdiyinə görə, hərbçi Narino departamentinin Kumbitara ərazisində saxlanılıb və sağlam vəziyyətdədir. Qrup onu “müharibə əsiri” adlandırıb və mümkün hərbi əməliyyatın onun həyatını təhlükəyə ata biləcəyi barədə xəbərdarlıq edib.

Melo Çarri dörd ilə yaxındır Fransa ordusunun Xarici Legionunda xidmət edir. O, Kolumbiyada məzuniyyətdə olarkən yoxa çıxıb. Fransa Müdafiə Nazirliyi hadisəni yaxından izlədiyini, Kolumbiya hakimiyyəti isə araşdırma başlatdığını bildirib.

İlkin məlumata görə, hərbçi ilə birlikdə olan qadın da silahlı şəxslər tərəfindən aparılıb, lakin bir neçə saat sonra azad edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью