Kolumbiyada gecə klubuna qumbara atıldı: Ölən və xeyli yaralı var

23.01.2026

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Kolumbiyanın paytaxtı Boqota şəhərində gecə klubunda baş verən qumbara partlaması nəticəsində bir nəfər ölüb, 13 nəfər yaralanıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Noticias Caracol" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə zamanı klubda işləyən 72 yaşlı ofisiant ölüb, xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır.

"Motosikletli bir qrup şəxs Boqotanın mərkəzində cinayətkarlığın çox olduğu Santa Fe rayonunda gecə klubuna qumbara atıb", - deyə xəbərdə bildirilir.

Hadisənin başvermə səbəbi araşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью