Oxumeni.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kolumbiyada göyərtəsində 13 turistin olduğu lüks yaxta tamamilə yanıb
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Kolumbiyada lüks yaxta tamamilə yanıb və videoya çəkilib. Qorxuya düşən sərnişinlər özlərini xilas etmək üçün suya tullanıblar.
Oxuməni.az xəbər verir ki, görüntülər The Sun tərəfindən dərc edilib.
Hadisə 12 noyabrda baş verib. Gəmidə 11-i turist olmaqla 13 nəfər olub. Kapitanın qəribə bir qoxu hiss etdiyi və sonra alov gördüyü bildirilir. O və heyət üç yanğınsöndürənlə alovu söndürməyə çalışıblar, lakin nəticəsi olmayıb.
Alov gəminin hər yerinə yayılmağa davam edib və görüntülərdə onun tamamilə yandığı görünür. Sərnişinlər özlərini xilas etmək üçün yaxtadan suya tullanıblar. Xoşbəxtlikdən, yaxınlıqdakı qayığın sürücüsü onları görüb və köməklərinə gəlib..
Əziz MUSTAFA