Icma.az, 525.az saytına istinadən bildirir.
Kolumbiyanın Funza şəhərində həbsxanada üsyan olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, iğtişaşlar zamanı 5 məhbus ölüb, 7 nəfər yaralanıb.
Bildirilib ki, bir neçə məhbusun həbsxanada döşək və yataq dəstlərini yandırması iğtişaşlara səbəb olub.
Təhlükəsizlik qüvvələri dərhal hadisəyə reaksiya veriblər. Üsyan yatırıldıqdan sonra 5 nəfərin öldüyü məlum olub. Daha 7 məhbus isə xəstəxanaya yerləşdirilib.
Baş prokurorluq iğtişaşın səbəbləri ilə bağlı araşdırmaya başlayıb. Polis həbsxana ətrafında geniş təhlükəsizlik tədbirləri görüb.
İbrahim Cəfərov