Kolumbiyada insanları timsaha yem edən narkotacir saxlanılıb | Icma.az
Icma.az bildirir, 525.az saytına əsaslanaraq. Kolumbiya hüquq-mühafizə orqanları "El-Loko" ləqəbli narkotacir Robinson Zuluaqa Arroyonu həbs
525.az xarici KİV-ə istinadən xəbər verir ki, uzun müddət axtarılan Arroyo bir neçə gün əvvəl Buenaventura şəhərində ələ keçib.
Narkotacir narkotik maddələrin qanunsuz dövriyyəsində, heyvanların istismarında və adam öldürməkdə ittiham olunur.
Polisin iddiasına görə, o, öldürdüyü insanların izini itirmək məqsədilə cəsədləri bəslədiyi timsaha yem edirmiş.
Yeri gəlmişkən, Arroyonun həbsindən az əvvəl həmin timsah müsadirə edilərək heyvan sığınacaqlarının birinə verilib.
Qeyd edək ki, "El-Loko" yerli "Los Espartanos" cinayətkar qruplaşmanın əsas simalarından biri hesab olunur.
Bu qruplaşma port şəhəri Buenaventurada kokain ticarətinə nəzarəti tam ələ keçirmək üçün digər cinayətkar qruplaşma "Los Şottas" ilə mübarizə aparır.
L.Tağıyeva Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu