Kolumbiyada kömür mədəni çökdü 7 ölü

08.06.2026

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kolumbiyanın Kundinamarka bölgəsində kömür mədəni çöküb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bədbəxt hadisədən sonra

Las Penas kəndinə çoxlu sayda mina-xilasetmə qrupları və təcili yardım işçiləri göndərilib.

Kundinamarka qubernatoru Xorxe Emilio Rey Angel axtarış-xilasetmə işlərindən sonra dağıntılar altından 7 işçinin cəsədinin çıxarıldığını açıqlayıb.

Angel ölən işçilərin ailələrinə başsağlığı verib və xilasetmə qruplarına, təcili yardım personalına və tibb işçilərinə təşəkkür edib. Kolumbiyanın Milli Mədən Agentliyi baş verən qəzanın səbəbini müəyyən etmək üçün araşdırma aparılacağını açıqlayıb.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью