Kolumbiyada muzdlu fəaliyyət qadağan edilib

20.03.2026

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kolumbiyada muzdlu fəaliyyətin qadağan olunması ilə bağlı qanun qəbul edilib.

APA xəbər verir ki, ölkə Prezidenti Qustavo Petro muzdluların cəlbi ilə mübarizə üzrə beynəlxalq konvensiyaya qoşulmanı nəzərdə tutan qanunu imzalayıb.

Məlumata görə, sənəd muzdluların hazırlanması, maliyyələşdirilməsi və cəlb olunmasını qadağan edir.

“Prezidentin bu qanunu imzalaması ilə Kolumbiyada muzdluların hazırlanması, maliyyələşdirilməsi və cəlb olunması qadağan edilir”, – deyə deputat Alehandro Toro bildirib.

Onun sözlərinə görə, bu addım “ölüm ixracının” qarşısını almağa xidmət edəcək.

“Bu qanun Kolumbiyanın Konqo, Ukrayna, Yəmən, Meksika kimi ölkələrdə ağrı və əzab mənbəyinə çevrilməsinin qarşısını alacaq”, – deyə Toro qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью