Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 312-yə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kolumbiyanın Milli Fəlakət Risklərinin İdarə Edilməsi Departamenti (UNGRD) “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Məlumata görə, 4 380 nəfər yaralanıb.
“Son məlumatlara görə, 312 nəfər həlak olub, 4 380 nəfər yaralanıb, 290 nəfər itkin düşüb”, - məlumatda qeyd edilib.
Departamenti məlumatına görə, zəlzələ Kolumbiyanın 15 departamentinə və 426 bələdiyyəsinə təsir göstərib. Ümumilikdə, 45 523 ailə zəlzələdən zərər çəkib.
Qeyd edək ki, avqustun 10-u səhər saatlarında Kolumbiyada 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Çoko departamentindəki San Xose del Palmar bələdiyyəsi yaxınlığında olub. Zəlzələlər Kolumbiyanın böyük bir hissəsində və qonşu ölkələrdə hiss olunub.