525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kolumbiyanın cənubundakı Kauka inzibati bölgəsindəki polis bölməsinə bombalı hücum təşkil edilib.
525.az Kolumbiya mediasına istinadən xəbər verir ki, El Estreço şəhərindəki polis bölməsinə şiddətli partlayış törədilib. Nəticədə bir nəfər ölüb, altı nəfər isə yaralanıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.
Partlayış yaxınlıqdakı evlərə, müəssisələrə və binalarına ciddi ziyan vurub.
Hücumdan sonra ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.
İbrahim Cəfərov