Icma.az, 525.az portalına istinadən məlumat verir.
Kolumbiyanın Kukuta şəhərindəki Polis Baş Qərargahının yaxınlığında avtomobilə bomba qoyulması nəticəsində partlayış baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 8 polis əməkdaşı da daxil olmaqla, 11 nəfər yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır.
Partlayış nəticəsində yaxınlıqdakı müəssisələrə və evlərə ciddi ziyan dəyib.
Hələlik cinayətkarların kimliyi müəyyənləşməyib.
İbrahim Cəfərov