Kolumbiyada prezidentliyə namizəd başından güllələndi VİDEO

08.06.2025

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kolumbiyada prezidentliyə namizəd, senator Migel Uribeyə qarşı sui-qəsd cəhdi olub. 

Bakıvaxtı.az xəbər verir ki, 15 yaşlı yeniyetmə senatora 6 dəfə atəş açıb. Nəticədə Uribe başından yaralanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin stabil olduğu bildirilir.  Daha 2 nəfər də - 1 kişi və 1 qadın xəsarət alıb. 

Hücum edən 15 yaşlı yeniyetməyə atəş açılıb. O, ayağından yaralanıb. 

Dövlət katibi Marko Rubio hadisəni demokratiyaya qarşı birbaşa təhdid kimi dəyərləndirib və bunun Kolumbiya hökumətinin ən yüksək səviyyələrindən gələn zorakı solçu ritorikanın nəticəsi olduğunu qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью