525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Dünən günorta saatlarında Kolumbiyada radarlardan itən təyyarənin aqibəti bəlli olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, "Satena" aviaşirkətinə məxsus təyyarənin qalıqları La-Playya-de-Belen əyalətində, Kurasika rayonunda aşkarlanıb.
"Beechcraft 1900" markalı sərnişin təyyarəsi Kukutadan Okanyoya uçurmuş. Təyyarənin göyərtəsində olan 13 sərnişin və 2 ekipaj üzvü həlak olub.
Həlak olanlar arasında deputat Diogenes Kintero və deputatlığa namizəd Karlos Salsedo da var.
Qeyd edək ki, qəzanın hansı səbəbdən baş verdiyi bəlli deyil. Qara qutu açıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.
L.Tağıyeva