Kolumbiyada silahlı qruplar arasında toqquşma 30 ölü

19.01.2026

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kolumbiyanın şərqində fəaliyyət göstərən iki silahlı qrup arasında toqquşmalar olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, toqquşmalar Quaviare inzibati bölgəsindəki La Paz və La Libertad kəndlərini birləşdirən yolda baş verib. Toqquşmaların ərazi və qeyri-qanuni biznes üçün tranzit yollarına nəzarətlə bağlı mübahisələrdən qaynaqlandığı bildirilir .

Yerli hakimiyyət orqanları indiyədək hər iki tərəfdən 30 nəfərin öldüyünü və qarşıdurmaların fasilələrlə davam etdiyini açıqlayıb.

Quaviare qubernatoru Yeison Rojas vəziyyətin nəzarət altına alınmasını müzakirə etmək üçün müdafiə naziri Pedro Sançeslə görüşəcəyini açıqlayıb.

Yerli KİV-in yazdığına görə, qarşıdurma Kolumbiyanın keçmiş İnqilabçı Silahlı Qüvvələrinin (FARC) çətir təşkilatı olan Estado Mayor Central (EMC) lideri İvan Mordiskoya sadiq qüvvələr və “Kalarka müxalifləri” kimi tanınan silahlı qruplaşma arasında baş verib.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью