525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Şimali Santander departamentinin Los-Patios əyalətində polis bölməsi yaxınlığında avtomobil partladılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.
Minalanmış avtomobilin partladılması nəticəsində 2 polis əməkdaşı, 8 mülki şəxs yaralanıb. 1 nəfər sakin isə həlak olub.
Polis olayı terror aktı kimi qiymətləndirilib. Partlayışın yerli cinayətkar qruplaşmalardan birinin törətdiyi ehtimal olunur.
Yeri gəlmişkən, partlayış bir neçə polis motosikletinin yanmasına da səbəb olub.
L.Tağıyeva