Kolumbiyada torpaq sürüşməsi nəticəsində 100 dək ailə evsiz qalıb, ölənlər var

11.03.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 11 mart, AZƏRTAC

Kolumbiyanın cənubundakı Narino departamentində torpaq sürüşməsi nəticəsində 4 nəfər həlak olub, 100-ə yaxın ailə evsiz qalıb.

AZƏRTAC xəbər verir ki, sürüşmə bir neçə yolu keçilməz edib və üç su kəmərinin partlamasına səbəb olub. Departamentin qubernatoru açıqlamasında səlahiyyətlilərin yolların təmizlənməsi və tankerlərlə içməli suyun verilməsi üzərində işlədiklərini bildirib.

Qeyd edək ki, La Kruz şəhərində də sel üç piyada körpüsünü aparıb və 100-ə yaxın ailə zərər çəkib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью