Kolumbiyadan ABŞ yə qadağa Prezident açıqladı

26.01.2025

Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Miqrantları daşıyan Amerika təyyarələrinin Kolumbiyaya girişi qadağan edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Kolumbiya prezidenti Qustavo Petro X sosial şəbəkəsində yazıb.

“Birləşmiş Ştatlar kolumbiyalı miqrantlara cinayətkar kimi yanaşa bilməz”, - dövlət başçısı bildirib.

O, Vaşinqtonu deportasiya edilmiş vətəndaşlara layiqli rəftar üçün “protokol yaratmağa” çağırıb.

Prezident Donald Tramp andiçmə mərasimindən sonra ilk çıxışında qeyri-qanuni mühacirlərin ABŞ-yə daxil olmasını dayandıracağını və milyonlarla miqrantı deportasiya edəcəyini vəd edib. Siyasətçi Meksika ilə sərhəddə yaranmış vəziyyətə görə fövqəladə vəziyyət elan etməklə və oraya qoşun göndərməklə hədələyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью