Kolumbiyalı futbolçu Əl Hilal ın hədəfində

30.07.2026

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu "Bavariya"nın vingeri Luis Diası transfer etmək niyyətindədir. Sport24.az xəbər verir ki, bu barədə "Sky Germany" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Səudiyyə təmsilçisi kolumbiyalı futbolçunun transferi üçün bu yay yenidən cəhd edəcək. Hazırda nə "Bavariya", nə də Luis Dias mümkün ayrılığı nəzərdən keçirir. Futbolçu Münhen klubunda qalmaq istəyir və klub da onu satmağı planlaşdırmır.

Bununla belə, "Əl-Hilal"ın ötən yay olduğu kimi, bu transferi reallaşdırmaq üçün çalışmalarını davam etdirdiyi bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью