Kolumbiyalı futbolçu “İmişli”yə keçib

26.08.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 26 avqust, AZƏRTAC

“İmişli” heyətinə yeni futbolçu cəlb edib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, kolumbiyalı müdafiəçi Edvin Banqera ilə 2 illik müqavilə imzalanıb.

29 yaşlı futbolçu Portuqaliyanın II Liqasından “İmişli”yə transfer olunub. O, son olaraq “Felqeyraş” klubunun şərəfini qoruyub.

Sol cinah müdafiəçisi indiyədək “Salqeyruş”, “Jil Visente”, “Kovilya” və “Mafra” kimi klublarda çıxış edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью