Kolumbiyalı professor Bakıda 3 günlük SEMİNAR

11.04.2025

Medicina portalından verilən məlumata əsasən, Icma.az bildirir.



Kolumbiyalı professor İnteqrativ Təbabət mövzusunda elmi seminarlar keçirəcək

"Medicina" xəbər verir ki, Azərbaycan Tibb Universitetində 14-15-16 aprel tarixlərində İnteqrativ Təbabət mövzusunda elmi seminarlar keçiriləcək. Seminarlar tanınmış kolumbiyalı alim, Javeriana Universitetinin (Kolumbiya) İnteqrativ Təbabət kafedrasının müdiri, t.e.d., professor Arturo O’Birneni tərəfindən aparılacaq.


Seminar proqramı sizə təqdim edirik:


14 Aprel 2025 | 10:00 – 13:00


Mövzu: İnteqrativ Təbabət Konsepsiyasına Giriş

Məkan: Ənvər Qasımzadə küç. 14, ATU – 2 saylı tədris binası (əczaçılıq fakültəsinin korpusu, 2-ci mərtəbə, mühazirə zalı)


15 Aprel 2025 | 10:00 – 13:00


Mövzu: Sistemli Biologiyadan Sistemli Təbabətə qədər

Məkan: Mərdanov qardaşları küç. 9, ATU – 4 saylı tədris binası (Fizika-Kimya korpusu, 2-ci mərtəbə, akt zalı)


16 Aprel 2025 | 10:00 – 13:00


Mövzu: Tibbdə İnteqral Baxış

Məkan: Mərdanov qardaşları küç. 9, ATU – 4 saylı tədris binası (Fizika-Kimya korpusu, 2-ci mərtəbə, akt zalı)


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью