Kolumbiyaya uçuşlar müvəqqəti dayandırıldı

20.05.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Venesuela "terror təhlükəsi" səbəbilə Kolumbiya ilə bütün aviareysləri müvəqqəti olaraq dayandırdığını açıqlayıb.

Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Daxili işlər naziri Diosdado Cabello bildirib ki, Kolumbiyadan ölkəyə paralı döyüşçülərin daxil olması 25 mayda keçiriləcək parlament seçkiləri öncəsi təhlükə yaradır.

O, Kolumbiya və digər ölkələrdən olan 38 nəfərin saxlanıldığını, diplomatik nümayəndəliklər və infrastruktur obyektlərinə qarşı hücum planlarının aşkarlandığını qeyd edib. 

Nuriyyə Musayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью