Komada olan Azərin yoldaşından PAYLAŞIM “Möcüzə olsun”

02.01.2025

Icma.az, Manset portalına istinadən məlumat yayır.

Hazırda komada olduğu deyilən aktyor Azər Baxşəliyevin xanımı Nigar Baxşəliyeva həyat yoldaşı ilə bağlı paylaşım edib. 


Manset.az xəbər verir ki, Nigar Baxşəliyeva keçən ilin 23 dekabrında qızları ilə çəkilən ailə fotosunu paylaşıb. 
O, fotonu “Möcüzə olsun”şərhi ilə paylaşıb.

Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev dünən günorta vaxtı koma vəziyyətində xəstəxanaya çatdırılıb.

Aktyorun ölüm xəbəri yayılsa da, Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova daha sonra bildirib ki, həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, süni tənəffüs aparatına qoşulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью