Komada öldüyü deyilmişdi, bu gün vəfat etdi

30.07.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Bir neçə gün əvvəl Gəncədə “DNK Hospital”da müalicə üçün yerləşdirilən 1989-cu il təvəllüdlü Ayaz Məmmədov vəfat edib.

Bu barədə “Qafqazinfo”ya mərhumun yaxınları bildirib.

Onların sözlərinə görə, Ayaz Məmmədov bir neçə saat öncə klinikada dünyasını dəyişib.

Xatırladaq ki, Ayaz Məmmədovun yaxınları bir neçə gün öncə “DNK Hospital” klinikasının qarşısında həkimlərə etiraz etmişdilər.

Onlar bildirmişdilər ki, Ayaz vəfat edib, lakin həkimlər onun meyitini məqsədli şəkildə reanimasiya şöbəsində saxlayıblar.

Xəstəxana rəsmiləri isə bu iddiaları təkzib etmişdi.

Ayaz Məmmədov iyulun 24-də Gəncə şəhərində “Mercedes” markalı avtomobil tərəfindən vurulub. Mərhum ailəli olub və iki övladı var.

Yunis Quliyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью